Millimiz Şimali Makedoniya ilə heç-heçə edib

22:49 - 25 Mart 2025

Azərbaycanın gənclərdən ibarət yığması (U-21) Antalyada təlim-məşq toplanışında bu gün növbəti yoldaşlıq oyunu keçirib.

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Şimali Makedoniyadan olan həmyaşıdları ilə qarşılaşıb. Matçda qol səsi eşidilməyib (0:0).

Qeyd edək ki, martın 22-də U-21 yığmamız təlim-məşq toplanışı çərçivəsində Moldovaya qalib gəlib (2:0).

Xəbər xətti