Azərbaycan millisinin üzvü: "Heç birimiz uduzmaq istəmirik, azarkeşləri sevindirmək niyyətindəydik"

12:18 - 26 Mart 2025

Azərbaycan milli komandasının üzvü Ozancan Kökçü Belarusa qarşı keçirilmiş yoldaşlıq görüşündən sonra Sportal.az saytına açıqlama verib. 

O, komandamızın məğlubiyyətinə görə üzüldüyünü deyib:

"Təəssüflər olsun ki, yenə də azarkeşlərimizi sevindirə bilmədik. İnanın ki, azarkeşlərimizi sevindirmək niyyətindəydik. Təəssüflər olsun ki, bu baş vermədi. Heç birimiz uduzmaq istəmirik. Məsuliyyət tamamilə bizimdir. Həm mən, həm də kollektiv olaraq bunun fərqindəyik. Azarkeşlərimiz nə desə, haqlıdır. Lakin artıq 100 faizdən də artığını etməliyik. Artıq xalqımızı sevindirməliyik. Bu bizə borc oldu. Əlbəttə ki, bunu da edəcəyik. Düzü, Belarusa qarşı yaxşı futbol oynadığımızı düşünürəm. Əlimizdən gələni etdik. Təəssüf ki, alınmadı".

Kökçü, DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərinə də toxunub: "Düzü, qrupdakı bütün rəqiblər bizdən güclüdür. Amma bu o demək deyil ki, biz əlimizi aşağı salacağıq. Hər bir oyuna hazırlaşacağıq və bütün görüşlərdə də ölkəmizi ən yaxşı şəkildə təmsil etməyə çalışacağıq".

Xəbər xətti