PSJ-nin sahibi olan Qətər İnvestisiya Fondu Avropada daha bir klub alacaq.
Sportal.az xəbər verir ki, onlar İspaniyanın "Malaqa" klubunun sahibi olmaq üzrədir. Bu barədə "L'equipe" nəşri məlumat yayıb.
Tərəflər 100 milyon avroya anlaşmağa yaxındır. Danışıqların qısa müddətdə tamamlanacağı gözlənilir.
Qeyd edək ki, "Malaqa" İspaniya 2-ci La Liqasında mübarizə aparır. Komanda 32 turdan sonra 42 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi