"Mançester Yunayted"i Səudiyyə Ərəbistanına dəyişə bilər

15:56 - 27 Mart 2025

"Mançester Yunayted"in qapıçısı Andre Onana komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, kamerunlu qolkiper Səudiyyə Ərəbistanı klublarının diqqət mərkəzindədir. Bu barədə "Talk Sport" məlumat yayıb.

"Mançester Yunayted" Onananı satmağın əleyhinə deyil. Baş məşqçi Ruben Amorim də 28 yaşlı "əlcək sahibi"nin gedişinə razıdır.

Qeyd edək ki, "Mançester Yunayted" Andre Onananı 2023-cü ilin yayında "İnter"dən transfer edib. Kamerun millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 53 qol buraxıb. Təcrübəli qapıçı 9 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti