"Real" ispan üçün 60 milyon avro ödəməyə hazırdır

21:34 - 26 Mart 2025

"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi La Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Real" ispan futbolçunu transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Real" Subimendi üçün onun klubu ilə müqaviləsində nəzərdə tutulan 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. 26 yaşlı oyunçu ilə "Arsenal" da maraqlanır.

Qeyd edək ki, Martin Subimendi "Real Sosyedad"ın yetirməsidir. İspaniya millisinin üzvü olan yarımmüdafiəçi bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti