Argentina yığmasının baş məşqçisi: "Mən Rafinyanı bağışlayıram"

23:12 - 26 Mart 2025

Argentina millisinin baş məşqçisi Lionel Skaloni, Braziliyalı futbolçu Rafinyanın oyun öncəsi açıqlamalarına münasibət bildirib.

Sportal.az xəbər verir ki, Braziliya millisinin vingeri Rafinya Dias, matçdan əvvəl "Braziliya Argentina üzərində həm meydanda, həm də meydandan kənarda qələbə qazanacaq" deyə bildirmişdi. Lakin 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində keçirilən bu görüş Argentinanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Skaloni məsələ ilə bağlı belə deyib:
"Bu, Braziliya – Argentina oyunudur və belə açıqlamalara ehtiyac yoxdur. Amma biz belə oynamağımızı bununla əlaqələndirmirik. Mən Rafinyanı bağışlayıram, çünki bunun bilərəkdən edildiyini düşünmürəm. O, öz milli komandasını və komanda yoldaşlarını müdafiə edirdi. Sonda isə bu açıqlamalar olsaydı da, olmasaydı da, Argentina öz oyununu göstərəcəkdi. Əminəm ki, o, heç kimi incitmək istəmirdi.”

Xəbər xətti