"Mançester Yunayted"dən türk qapıçı ilə bağlı qərar

20:06 - 25 Mart 2025

Qapıçı Altay Bayındırın "Mançester Yunayted"dəki gələcəyi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi türk qolkiperin xidmətində maraqlı deyil. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester Yunayted" yayda Altayla yollarını ayıracaq. Klub 26 yaşlı "əlcək sahibi" üçün gələn təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Altay Bayındırı 2023-cü ilin yayında"Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm"qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 6 rəsmi oyunda 8 qol buraxıb. O, 2 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti