"Səbail" və "Zirə"nin legionərləri oynadı, Ruanda bərabərə qaldı - VİDEO

11:24 - 26 Mart 2025

DÇ-2026-nın seçmə mərhələsinin Afrika zonası üzrə oyunları davam edir.

Sportal.az xəbər verir ki, “Səbail” və “Zirə”nin legionerləri Anje Mutsinzi ilə İnnosent Nşutinin şərəfini qoruduğu Ruanda C qrupunda Lesoto ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə yekunlaşıb. Mutsinzi meydana start heyətində çıxıb və sona qədər oynayıb. Nşuti isə 77-ci dəqiqədə əvəzlənib.

Ruanda 6 turdan sonra öz qrupunda 8 xalla 2-ci pillədədir.

Xəbər xətti