Endrik Braziliyanın DÇ-2026-da oynaya bilməməsindən narahatdır.
Sportal.az xəbər verir ki, "Real"ın hücumçusu bu barədə Braziliyanın sabiq futbolçusu Romarioya verdiyi müsahibədə danışıb:
"Düzünü desəm, tez-tez düşünürəm ki, dünya çempionatına gedə bilmərəm. Sən də (Romarioya müraciət edərək) bu vəziyyətdən keçmisən. Atam hətta dedi ki, sən 1998-ci ildə çağırılacağını gözləyirdin, amma olmadı. Mənim də bu qorxum var, çünki bu mənim arzumdur. Braziliyanın altıncı titulunu qazanmasına kömək etmək istəyirəm.
Əlbəttə, dünyanın ən böyük klubunda, ən böyük oyunçularla olmaq çətindir və həmişə oynamaq şansın olmur. Amma nə zaman meydana çıxsam, özümü göstərmək və milliyə çağırılmaq üçün əlimdən gələni edirəm. Ümid edirəm ki, gələn il milli komandaya düşəcəyəm və əgər Allahın iradəsi ilə olsa, biz dünya çempionu olacağıq." – deyə Endrik bildirib.
saytlarin hazirlanmasi