"Real" transfer çalışmalarını davam etdirir.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" "Ştuttqart"ın yarımmüdafiəçisi Angelo Stilleri heyətinə qatmağı planlaşdırır.
Hazırda tərəflər arasında danışıqlar gedir.
23 yaşlı yarımmüdafiəçi 2023-cü il avqustun 25-də “Ştuttqart”ın formasını geyinir.
Onun bu klubla müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Angelo bu sezon Bundesliqada 26 matçda meydana çıxıb və 1 qol vurub, 5 asist edib. “Bavariya”nın yetirməsi olan Stiller “Hoffenheym”də də oynayıb. Almanın "Real"a keçidi böyük ehtimalla bu yay baş tutacaq.
saytlarin hazirlanmasi