"Tottenhem"in futbolçusu Kristian Romero karyerasını "Atletiko"da davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Sky Sports"un məlumatına görə, Madrid klubu yayda mərkəz müdafiəçini transfer etməkdə maraqlıdır. İspaniya təmsilçisi argentinalı futbolçunun inkişafını yaxından izləyib və onu bu mövqedə ən yaxşı oyunçulardan biri hesab edir.
Qeyd edək ki, Cari Premyer Liqa mövsümündə Romero 14 matçda oynayıb və 1 qol vurub.
saytlarin hazirlanmasi