Türkiyə millisinin qapıçısı, "Mançester Yunayted"in formasını geyinən Altay Bayındır karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Torino" 26 yaşlı qolkiper üçün İngiltərə klubuna müraciət edib.
"Qırmızı şeytanlar" Turin təmsilçisindən 10 milyon avro istəyib.
İtaliya klubu ən pis halda türk qapıçını icarəyə götürməyə cəhd edəcək.
Altay 2023-cü ildən "Mançester Yunayted"in qapısını qoruyur. Onun Mançester təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi