"Qarabağ"ın futbolçusu Yassin Benzianın şərəfini qoruduğu Əlcəzair millisi DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində növbəti görüşünü keçirib.
Sportal.az xəbər verir ki, Benzianın komandası Mozambiklə üz-üzə gəlib.
Əlcəzair bu görüşdə 5:1 qalib gəlib. "Qarabağ"ın futbolçusu meydana çıxmayıb.
"Zirə"nin futbolçusu Rikardo Gimarayeş isə Mozambik millisinin heyətində oynayıb.
Meydana start heyətində çıxmış Rikardo əvəzlənməyib.
saytlarin hazirlanmasi