1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri “Neftçi”nin qonağı olublar.
Sportal.az xəbər verir ki, “Neftçi” Futbol Mərkəzində akademiyanın məşqçilərinin keçdiyi əyləncə xarakterli məşqdə iştirak edib futbol oynayan uşaqlar üçün bayram ab-havalı əyləncəli tədbir də təşkil olunub.
Daha sonra qonaqlarla görüşən komandanın üzvləri onlara müxtəlif hədiyyələr təqdim ediblər. Ardından “Neftçi”nin məşqini izləyən uşaqlarla xatirə şəkilləri çəkdirilib. Sonda baş məşqçi Samir Abasov klub adından sosial xidmət müəssisəsinə "Neftçi"nin imzalı formasını və şərfini təqdim edib.
saytlarin hazirlanmasi