Avropa çempionatı: millimiz əsas mərhələdə mübarizəyə başlayır

14:32 - 26 Mart 2025

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, 7-ci qrupda yer alan U-19 Xorvatiyanın Omiş şəhərində Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Ribnjak İdman Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bosniya Herseqovina (U-19. Futzal) - Azərbaycan (U-19. Futzal)

26 mart. Ribnjak İdman Sarayı. Saat 19:00
Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Chita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)
Timekeeper: Luka Kovač Levantin (Xorvatiya)
Hakim-inspektor: Victor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice  (İtaliya)

Xəbər xətti