İran millisi ardıcıl 4-cü dəfə DÇ-2026-ya vəsiqə qazanıb

23:06 - 25 Mart 2025

İran milli komandası 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, Amir Qalenoinin komandası DÇ-2026-nın seçmə mərhələsinin 8-ci turunda Özbəkistan yığması ilə 2:2 hesablı heç-heçə edərək xallarının sayını 20-ə yüksəltməklə A qrupunda ilk iki yerdən birini tutacağını təmin edib. Bununla da komanda dünya çempionatına birbaşa vəsiqə qazanıb.

Qeyd edək ki, İran millisi ardıcıl 4-cü dəfə dünya çempionatında iştirak edəcək.

Xəbər xətti