"Barselona"nın futbolçusu Rafinya İngiltərə Premyer Liqası və Səudiyyə Ərəbistanı klublarının diqqət mərkəzindədir.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi braziliyalı futbolçuya qiymət qoyub. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Barselona" Rafinya üçün 120 milyon avro tələb edir. Bu məbləği ödəyən klub 28 yaşlı ön xətt oyunçusunu transfer edə bilər.
Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən transfer edib. Braziliya millisinin üzvü hazırda ən uğurlu mövsümünü keçirir. Ulduz futbolçu cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 27 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi