Arda Gülər: "Türkiyə forması geyinən heç kim bundan qorxmaz"

23:36 - 23 Mart 2025

UEFA Millətlər Liqasında pley-off mərhələsinin cavab matçları çərçivəsində Türkiyə səfərdə Macarıstanla qarşılaşıb. İlk matçda 3:1 hesabı ilə qalib gələn Türkiyə yığması bu görüşdə 3 cavabsız qolla qalib gələrək adını A Liqasına yazdırıb.

Sportal.az xəbər verir ki, oyundan sonra açıqlama verən Türkiyə millisinin gənc ulduzlarından Arda Gülər bunları qeyd edib:

"Çox xoşbəxtəm. İlk görüşdə oynamadım, amma bura avantajlı gəlmişdik. Macarıstan 3 ildir burada məğlub olmurdu. İlk 15-20 dəqiqədə onlar bizi sərt futbolla dayandırmaq istəyirdi, lakin hamı bilirki Türkiyə forması geyinən heç kim bundan qorxmaz. Getdikcə irəliyə doğru gedən komandamız var. Yaxşı işlər bacaracağımıza inanıram."

Xəbər xətti