Ulduz futbolçu "Liverpul"da oynamaq istəyir

20:55 - 23 Mart 2025

"Bavariya"nın hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, ingilis futbolçu ölkəsində oynamaq haqda düşünür. Bu barədə "El Nacional" məlumat yayıb.

Keyn artıq Premyer Liqaya qayıtmağın planlarını qurur. 31 yaşlı forvardın oynamaq istədiyi klub "Liverpul"dur.

Qeyd edək ki, "Bavariya" Harri Keyni 2023-cü ilin yayında "Tottenhem"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 32 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli hücumçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti