"Məndən cavab almaq istəyirsinizsə, sual verərkən gözlərimə baxın" - Ronaldo mübahisə etdi

22:12 - 23 Mart 2025

Kriştiano Ronaldoya oyunöncəsi mətbuat konfransında qalib gəlmək və gözəl futbol oynamaq istəyib-istəmədiyi, 90 dəqiqə boyunca eyni səviyyədə çıxış edib-edə bilməyəcəyi, həmçinin komanda və baş məşqçi Roberto Martinesin tənqidi ilə bağlı suallar verilib.

Sportal.az xəbər verir ki, bu gün Portuqaliya Millətlər Liqasının 1/4 final mərhələsində Danimarkaya qarşı cavab oyununa çıxacaq (ilk oyun – 0:1).

"Məncə, milli komandanın ətrafında çoxlu mənfi fikirlər var. Son bir neçə gündə bəzi mətbuat konfranslarına baxdım – gördüklərim xoşuma gəlmədi, bu mənə xoş deyil.

Düzünü desəm, bəzi suallar sadəcə hörmətsizlikdir. Əgər məndən cavab almaq istəyirsinizsə, sual verərkən gözlərimə baxın. Mənə sual verib sonra kompyuterə baxmağın mənası yoxdur. Bunun üçün daha sonra vaxtınız olacaq. Lazım olsa, bunu on dəfə təkrarlayaram." – deyə Ronaldo bildirib.

Xəbər xətti