"Yuventus" "Qalatasaray"da oynayan forvard üçün bu futbolçusunu təklif etdi

17:47 - 23 Mart 2025

"Yuventus" "Napoli"nin hücumçusu, hazırda icarə əsasında "Qalatasaray"da oynayan Viktor Osimhenin transferi üçün danışıqları davam etdirir.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "qoca sinyora" nigeriyalı üçün Federiko Qattini Neapol təmsilçisinə təklif edib. 

Turin klubu "Napoli"nin baş məşqçisi Antonio Kontenin Qattinin oyununun böyük pərəstişkarı olduğunu və Alessandro Bongiorno ilə müdafiədə tandem formalaşdırmaq istədiyini bilir. 

"Yuventus" 26 yaşlı forvardın transferi üçün qarşı tərəfə lazım olan təzminatı ödəyib, Qattini keçidini də təklif edib.

Osimhenin "Qalatasaray"la icarə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

O, 2026-cı il iyunun 30-na qədər isə “Napoli”yə məxsusdur.

Xəbər xətti