"Atalanta"dan "Barselona"ya

18:47 - 23 Mart 2025

Nigeriya millisinin üzvü Ademola Lukman "Atalanta"nı "Barselona"ya dəyişə bilər.

Sportal.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Kataloniya təmsilçisi 27 yaşlı vingeri transfer etməkdə maraqlıdır.

İtaliya klubu 30 milyon avro qarşılığında onu buraxmağa hazırdır. Ademolanın Berqamo təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, bu mövsüm 32 matçda 18 qol vurub və 7 məhsuldar ötürmə edib.

Lukman “Çarlton”, “Everton”, “Leyptsiq”, “Fulhem”, “Lester”də oynadıqdan sonra 2022-ci ildə “Atalanta”ya keçib.

Xəbər xətti