"Milan"ın yetirməsi "İnter"ə keçə bilər

17:51 - 21 Mart 2025

İtaliyanın "İnter" klubu heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi PSJ-də çıxış edən Canluici Donnarummanı transfer etmək istəyir. Bu barədə "Calcio Mercato" məlumat yayıb.

"İnter" italyan qolkiper üçün yayda PSJ-yə təklif göndərəcək. Keçid baş tutmasa, milanlılar gələn ilin yayında klubu ilə müqaviləsi başa çatan Donnarummanı azad agent statusu ilə heyətinə qatacaq.

Qeyd edək ki, Canluici Donnarumma "Milan"ın yetirməsidir. İtaliya millisinin üzvü 2021-ci ilin iyun ayından PSJ-də çıxış edir. 26 yaşlı qapıçı bu mövsüm Paris təmsilçisinin heyətində 31 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti