Futbolçunun atası "Barselona"dan narazıdır

01:23 - 20 Mart 2025

Ansu Fatinin yaxın ətrafı "Barselona"nın futbolçuya münasibətindən narazılığını bildirib.

Sportal.az xəbər verir ki, "Jijantes" nəşrinin məlumatına görə, ispaniyalı futbolçunun atası birbaşa "Barselona"nın direktorlarına vəziyyətdən narazı olduğunu bildirib. O, hücumçunun baş məşqçi Xansi Flikə oyun vaxtı qazanmaq üçün əlindən gələni etdiyini, amma hələ ki, nəticənin olmadığını düşünür.

Fati'nin yaxınları əmindir ki, Ansu daha çox şans və yeni imkanlara layiqdir. 22 yaşlı futbolçu digər klublardan gələn bütün təklifləri rədd edib və yalnız "Barselona"da uğur qazanmağa ümid edir.

Qeyd edək ki, bu mövsümdə Fati La Liqada 4 oyun keçirib. Sonuncu dəfə 4 yanvar tarixində İspaniya Kubokunda meydana çıxıb.

Xəbər xətti