"Neftçi" 12, "Araz-Naxçıvan" isə 20 qolla qalib gəldi

21:28 - 18 Mart 2025

Futzal üzrə Yüksək Liqada XII turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, ilk matçda “Neftçi” U-19-la qarşılaşıb. Birinci hissə kifayət qədər gərgin keçib. Qarşılıqlı qollar sayəsində tərəflər fasiləyə “sülh”lə yollanıb. İkinci hissənin əvvəli U-19 üçün arzuolunmaz keçib. 5 saniyə ərzində 2 qol buraxan gənclər sonrakı dəqiqələrdə də buna mane ola bilməyib.

Onu da qeyd edək ki, U-19 gələn həftə Avropa çempionatının əsas mərhələsi çərçivəsində Bosniya və Herseqovina, Xorvatiya və Türkiyədən olan həmyaşıdları ilə qarşılaşacaq. Oyunlar Xorvatiyanın Spilit şəhərində keçiriləcək.

Turun digər oyununda lider “Baku Fire” orta pillələrdə qərarlaşan “Şuşa”nı sınağa çəkib. Düzdür, oyunun əvvəli gərgin keçib. Əvvəlcə lider hesabı açıb, ardınca nominal qonaqlar qol vurub. Amma sonrakı dəqiqlərdə fərqlənən “Baku Fire”in üzvləri olub.

Son çempionla autsayderin görüşü isə daha çox məşqə bənzədi. Oyunda yeganə əlamətdar hadisə “Araz-Naxçıvan”ın yeni transferi Karlos Karlos Ernikenin Yüksək Liqada debüt etməsi və qol hesabını açması oldu.

Neftçi İK - U-19 (3:3) 12:5
Qollar: Vahib Xocayev, 5:59, Abdul Qafar Sadeqi, 7:18, 36:57, Emil Həsənzadə, 18:19, 29:25, Fərid Atakişiyev, 20:26, Xətai Bağırov, 20:31, 22:20, 23:33, 32:12, Əjdər Əjdərov, 25:03, Mortoza Haidari, 26:15 // Nazim Hüseynov, 14:13, Ədalət Ələkbərov, 15:02, 16:02, Pünhan Qasımzadə, 30:23, Fariz Hüseynov, 36:00

Baku Fire – Şuşa (3:1) 9:1
Qollar: Oktay Rüstəmli, 4:34, 14:12, İaqo Henrique, 17:50, 32:56, Murad Quluzadə, 27:15, 27:38, 36:41, Paulo Henrique, 28:37, Fərid Abbasov, 30:07 // Nüsrət Fərzəli, 5:08

Araz-Naxçıvan - Yasamal Bakı (13:0) 20:0
Qollar: Karlos Ernike, 1:49, 9:04, 16:53, 31:09, 32:30,  Giovanny, 3:17, 6:59, 15:25, Lazar Milosavljevic, 4:48, 12:28, Amirhossein Rasouli, 5:10, 5:24, 36:14, 36:34, Novruz Kazıxanov, 13:57, 24:50, 25:15,  Nurlan Məmmədov, 14:39, Xəzər Ağalızadə, 18:07, Roman Adamov, 26:28

Xəbər xətti