Vircil van Deyk "Liverpul"un ardıcıl uğursuz nəticələrindən sonra maraqlı fikirlər səsləndirib.
Sportal.az xəbər verir ki, İngiltərə Liqa Kubokunun finalında “Nyukasl”a 1:2 hesabı ilə məğlub olan "Liverpul" bundan əvvəl də Çempionlar Liqasından penaltilər seriyasında “PSJ”yə uduzaraq mübarizəni dayandırıb. "Mersisaydlılar" eləcə də İngiltərə Kubokunda “Plymut”a 0:1 hesabı ilə məğlub olaraq turnirdən kənarlaşdırılıb.
“Biz vəziyyəti düzəltməliyik. Futbol belə qurulub - beş gün ərzində iki dəfə məğlub olursan və dünya dağılır. Cəmi iki həftə əvvəl hər şey parlaq və gözəl idi. Çempionlar Liqasında uğursuz olduq, İngiltərə Kubokundan kənarlaşdırıldıq və bu finalda da məğlub olduq. Qarşıda bizi doqquz oyun gözləyir və düşünmürəm ki, sona qədər mübarizə aparmaq üçün əlavə motivasiya lazım olsun. Çünki biz mövsümün əvvəlindən etibarən əsas mükafat uğrunda çox çalışmışıq.
Heç kim bizdən Premyer Liqa uğrunda mübarizə aparacağımızı gözləmirdi. Bu, qazanılması ən çətin kubokdur. Çox şey risk altındadır. Qarşıda bizi hələ çox müsbət və gözəl anlar gözləyir. Məhz bunun üçün dayanmadan çalışmalıyıq. İndi hər kəs öz yığma komandasına qoşulacaq, orada oynayacaq və ümid edirəm ki, formalarını qoruyub saxlayacaqlar. Sonra isə bizi çətin keçəcək “Everton”la ev oyunu gözləyir" - deyə Vircil van Deyk bildirib.
saytlarin hazirlanmasi