"Barselona" bu futbolçunun maaşını artıracaq

17:47 - 16 Mart 2025

"Barselona" 17 yaşlı futbolçusu oyunçusu Lamine Yamalla müqavilə müddətini artırmaq üçün danışıqlar aparır. 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, müzakirə mövzusu futbolçunun qarşıdakı mövsümlər üçün maaşının strukturudur. Klub Yamala maaşının tədricən artırılması ilə müqavilə təklif etməkdə maraqlıdır.

Bununla yanaşı, Kataloniya klubunun rəhbərliyi futbolçular arasında maaş tarazlığını qorumağa çalışır və 2021-ci ildə Lionel Messi ilə bağlı yaranmış vəziyyətin təkrarlanmamasını istəyir. Həmin vaxt La Liqadakı maliyyə məhdudiyyətləri səbəbindən klub futbolçu ilə yeni müqavilə imzalaya bilməmişdi.

Yamalın “Barsa” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
 

Xəbər xətti