"Çelsi" "Mançester Yunayted"in futbolçusunu transfer edəcək

17:14 - 17 Mart 2025

"Çelsi" "Mançester Yunayted"dən icarəyə götürdüyü Ceydon Sanço ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, London klubu ingiltərəli vingeri komandada saxlamaq istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Çelsi" Sanço ilə uzunmüddətli müqavilə imzalamağı planlaşdırır. "Mavilər" 24 yaşlı öz xətt oyunçusu üçün 25 milyon funt-sterlinqlik satınalma məbləğini ödəyəcək.

Qeyd edək ki, "Çelsi" Ceydon Sançonu ötən ilin avqust ayında icarəyə götürüb. İngiltərə millisinin sabiq üzvü paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti