Rusiya klubundan "Turan Tovuz"un baş məşqçisinə jest

13:57 - 16 Mart 2025

"Rubin"in ev oyunlarını keçirdiyi "Ak Bars Arena" stadionunun sektorlarından birinə “Turan-Tovuz”un baş məşqçisi Kurban Berdıyevin adı veriləcək.

Sportal.az xəbər verir ki, bu, ev oyunlarını həmin arenada keçirən “Rubin” azarkeşlərinin səsverməsindən sonra məlum olub.

Berdyevin rəhbərliyi altında Kazan təmsilçisi iki dəfə çempion olmaqla yanaşı, ölkə kubokunun və Superkubokunun qalibi olub.

72 yaşlı mütəxəssis 2001-2013, 2017-2019-cu illərdə “Rubin”n baş məşqçisi, 2004-2012-cu illərdə isə klubun vitse-prezidenti vəzifəsində çalışıb.

Xəbər xətti