Almaniya mətbuatı: Emrelinin start heyətində oynamaq vaxtıdır

15:22 - 16 Mart 2025

Almaniya mətbuatı Mahir Emrelinin II Bundesliqanın 26-cı turunun "Qroyter"lə görüşündə "Nürnberq"in start heyətində meydana çıxa biləcəyindən yazıblar. 

Sportal.az "Kicker"ə istinadən xəbər verir ki, almanlar Emrelinin komandasına xeyir verə biləcəyinə inandığını qeyd ediblər:

"Darmştadt" üzərində 1:0 hesablı qələbədən sonra Emrelinin ilk dəfə start heyətində yer ala biləcəyinə inanmaq üçün hər cür əsas var. Emosional münasibəti onu Frankon derbisi üçün ideal edir, heç futbol bacarığını demirik. Hər halda, "Nürnberq"in hazırda bir qədər yavaş oyunu üçün çox faydalı olardı. Məsələ burasındadır ki, sonuncu dəfə “Qroyter” Tsimas - Emreli tandeminin öhdəsindən gələ bilmədi. Kloze onların hər ikisini niyə yenidən hücumda oynatmasın? Mahirin start heyətində yer almaq üçün rəqibi Yanis Antiste də son iki görüşdə ciddi uğur qazana bilməyib. Deməli, yenə Emrelinin start heyətində oynamaq vaxtıdır. Beləliklə, tarix təkrarlana bilər: Emreli meydana çıxıb derbidə komandaya qələbə qazandıracaq. Ən azından “Nürnberq”in xəyal etdiyi məsələ də budur".

Qeyd edək ki, "Qroyter" - "Nürnberq" matçı bu gün keçiriləcək.

Xəbər xətti