Belarus Futbol Federasiyasının rəhbəri Nikolay Şerstnev UEFA Superkuboku oyununu istifadəyə verilməyə hazırlanan milli stadionda keçirməyi planlaşdırdıqlarını açıqlayıb.
Sportal.az xəbər verir ki, federasiya rəsmisi yerli mətbuata açıqlamasında bu cür danışıb:
"Mən təkcə öz adımdan deyil, həm də Belarusun bütün futbol ictimaiyyəti adından dövlətimizin başçısına yeni milli stadionumuzun olacağına görə minnətdarlığımı bildirirəm. UEFA Superkubok matçını bu stadionda keçirmək planlarımız var. Bu məsələni UEFA ilə müzakirə edirik".
Şerstnev UEFA prezidentinin milli assosiasiyalar üzrə müşaviri Yozef Klimentə müraciət edərək təşkilatın sanksiya maneələri aradan qaldırılandan sonra Belarus tərəfinə güzəştə gedəcəklərinə ümid etdiyini də bildirib.