Bu gün Misli Premyer Liqasında XXVII tura yekun vurulub.
Sportal.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
"Neftçi" turnir cədvəlinin sonuncusu "Səbail"lə üz-üzə gəlib. Matç "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Sumqayıt" isə "Turan Tovuz"un qonağı olub. Vaqif Cavadovun komandası 2:1 hesablı qələbə qazanıb.
Misli Premyer Liqası
XXVII tur
16 mart
16:00 "Səbail" – "Neftçi" 1:2
Qollar:Rüfət Abdullazadə 44 - Ozobiç 17, Elvin Camalov 29
Baş hakim: Elçin Məsiyev
“ASCO Arena”
18:30 "Turan Tovuz" – "Sumqayıt" 1:2
Qollar: Ayxan Hüseynov 8 - Ayxan Süleymanlı 18 Bobir Abdixolikov 63
Baş hakim: Əliyar Ağayev
Tovuz şəhər stadionu