London derbisində sevinən tərəf "Arsenal" oldu - VİDEO

22:16 - 16 Mart 2025

İngiltərə Premyer Liqasında 29-cu turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, London derbisində "Çelsi" səfərdə "Arsenal"la qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu matçdan sonra "Arsenal" 58 xalla 2-ci, "Çelsi" isə 49 xalla 4-cü pillədə qərarlaşıb.

İngiltərə Premyer Liqası
29-cu tur

17:30. “Arsenal” - “Çelsi” - 1:0

Qollar: M.Merino,20

Xəbər xətti