"Getmək çox sadə bir qərar olardı, mən belə qərarları sevmirəm" - Motta istefa vermək niyyətində deyil

00:06 - 17 Mart 2025

İtaliya A Seriyasının 29-cu turunda "Yuventus" səfərdə "Fiorentina"ya 0:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "Yuventus"un baş məşqçisi Tiaqo Motta görüşdən sonra istefa səslərinə reaksiyasını verib: 

"Getmək çox sadə bir qərar olardı, mən sadə qərarları sevmirəm. Biz qalib gəlməliyik, çempionatda ilk dördlüyə düşməyə nail olmaq üçün xal toplamağın yolunu tapmalıyıq.

Bu oyun sanki əvvəlki oyunun davamı idi, eyni hekayə. Yaxşı başladıq, amma 'Atalanta' ilə matçda olduğu kimi, ilk çətinliklərdə necə reaksiya verməyi bilmədik. İrəliləməliyik, bu gün nə hücumda, nə də müdafiədə güclü idik".

 

Xəbər xətti