Futbol üzrə Türkiyə 1-ci Liqasında 30-cu turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin formasını geyindiyi "Çorum" doğma meydanda "Keçiörengücü" ilə qarşılaşıb. Start heyətdə meydana daxil olan Diniyev fasilədən sonra əvəzlənib. 75-ci dəqiqədən azlıqda oynayan meydan sahibləri son dəqiqələrdə vurduğu qolla 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 30 turdan sonra 45 xal toplayan "Çorum" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi