Polşa mətbuatı Ekstraklassanın 25-ci turunda “Radomyak”ın “Leçiya” üzərində qazandığı (2:1) qələbəsini şərh edərkən, qısa olaraq azərbaycanlı hücumçu Renat Dadaşovun performansına da toxunublar.
Sportal.az xəbər verir ki, “weszlo.com” portalı Dadaşovun sönük oyun sərgilədiyini yazıb:
"Bu kimi oyunlarda deyilsə, “Leçiya” hansı oyunlarda xal axtarmalıdır? Ancaq müdafiədə belə səhvlərə yol verirsənsə, qalib gəlmək mümkün deyil. “Radomyak”ın özü də bu matçda heç bir xüsusi ideyaya sahib deyildi. Dadaşovun bu dəfəki çıxışı sönük oldu. Tapsoba xaotik oynadı, yarımmüdafiə isə maraqlı heç nə təklif etmədi. “Leçiya” “Zaqlembe” və ya “Motor”la matçlarda olduğu formada olsaydı, bu matçdan asanlıqla üç xal qazanardı".
saytlarin hazirlanmasi