"Mançester Yunayted"i "Milan"a dəyişə bilər

14:48 - 16 Mart 2025

"Mançester Yunayted"in yollarını ayırmaq istədiyi Viktor Lindelöf İtaliyaya köçməyə hazırlaşır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçiyə “Milan”dan təklif gəlib.

Ruben Amorimin komandada görmək istəmədiyi isveçli də özünə yeni iş yeri axtarışındadır.

O, “rossonyerlər”dən gələn təklifi dəyərləndirmək istəyir. Lindelöfün “Mançester Yunayted”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Mərkəz müdafiəçisi bu mövsüm cəmi 7 matçda iştirak edib.

Viktor karyerası ərzində “Vasteras”, “Benfika” komandalarında oynayıb.
 

Xəbər xətti