Kurban Berdiyev: "Bütün məsuliyyət məndədir"

20:58 - 16 Mart 2025

"Turan Tovuz" Misli Premyer Liqasının 27-ci turu çərçivəsində doğma meydanda "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban VBerdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Əfsuslar olsun ki, hər oyunda kobud səhvlər buraxırıq. Bu birbaşa nəticəyə təsir edir.

- Səhvlərin qarşısını almaq üçün hansı işlər görülür?

- Çətindir. Göstəririk, başa salırıq. Amma yenə eyni səhvləri edirlər.

- Transferlərdə səhvlər etdiyinizi düşünmürsünüz?

- Seleksiyada səhv görmürəm. Səhvlər kompleks şəkildədir. Problemlərin nə olduğunu deməyəcəm. Amma məsuliyyəti öz üzərimdən atmıram. Bütün məsuliyyət məndədir.

- Avrokuboklara vəsiqə qazana bilməsəz, burada qalacaqsız?

- Qalacam. Vəzifəmiz olduğu kimi qalır. Belə üzücü məğlubiyyətlər olur. Səhvlər nəticəyə təsir edir.

- Araş Qaderi, Orxan Əliyev, Anton Kraçkovski komandada qalacaq?

- Hələ baxarıq. Qarşıda bir dövrə var.

Elçin Əlixan 

Xəbər xətti