İtaliyanın "Roma" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Paulo Dibala sıradan çıxıb.
Argentinalı futbolçu A Seriyasının 29-cu turunun "Kalyari" ilə matçında (1:0) ayaq əzələsindən zədə alıb. Təcrübəli forvard təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Dibala Argentina millisinin düşərgəsinə qoşula bilməyib. O, yığmanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya və Uruqvaya qarşı keçirəcəyi oyunlarda iştirak etməyəcək.
Qeyd edək ki, Paulo Dibala bu mövsüm "Roma"nın heyətində meydana çıxdığı 36 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi