PSJ azarkeşləri Liqanın 26-cı turunda "Marsel"lə (3:1) matçda Adrien Rabiot və onun anasına qarşı bannerlər açıblar.
Sportal.az xəbər verir ki, oyun zamanı PSJ ultrasları Rabiotu hər dəfə topa toxunduqda fitə basıblar. Bundan əlavə, "Park de Prens" stadionunun tribunalarında yarımmüdafiəçi və onun anası Veronika Rabiota (eyni zamanda onun agentidir) qarşı təhqiramiz bannerlər asılıb.
Xatırladaq ki, 29 yaşlı futbolçu 2024-cü ilin sentyabrında "Marsel"ə keçib. O, 2013-2019-cu illərdə 6 mövsüm ərzində "PSJ"nin heyətində çıxış edib.
Bannerlərdə yazılıb:
"Ehtirasın yaşı olmur, xəyanət isə anadan oğula keçir."
"Sədaqət kişilər üçündür, xəyanət isə ... Anası necədirsə, oğlu da elədir."
PSJ rəhbərliyi oyundan sonra azarkeşlərin bu hərəkətini pisləyib. Klub bildirib ki, bannerlərin məzmunundan əvvəlcədən xəbərdar deyildi:
"Klub ləyaqəti alçaldan hər cür təşəbbüsü qətiyyətlə pisləyir və tribunada nümunəvi, sakit və hörmətə əsaslanan atmosferin təmin olunması üçün bütün maraqlı tərəfləri eyni mövqeni tutmağa çağırır."
saytlarin hazirlanmasi