Messidən sonra bunu Levandovski etdi - "Barselona"da

12:35 - 17 Mart 2025

Robert Levandovski Lionel Messidən sonra "Barselona"da bir mövsümdə 35 qol vuran ilk futbolçu ünvanına sahib olub. 

Sportal.az xəbər verir ki, martın 16-da İspaniya çempionatının 28-ci turunda “Barselona” “Atletiko” üzərində geri dönüş edərək qələbə qazanıb (4:2). 

Bu matçda kataloniyalıların ilk qolunu Robert Levandovski vurub. Polyak bu mövsüm bütün turnirlərdə 40 matçda 35 qola imza atıb.

Levandovski son dörd mövsümdə "Barselona"nın heyətində 35 və daha çox qol vuran ilk futbolçu kimi tarixə keçib.

Bunu sonuncu dəfə isə 2020/2021 mövsümündə Lion Messi etmişdi (47 matçda 38 qol).
 

Xəbər xətti