İngiltərənin "Arsenal" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, London klubunun əsas hədəfi "Ayaks"da çıxış edən Yorrel Hatodur. Bu barədə "TBR Football" məlumat yayıb.
"Arsenal" niderlandlı sol cinah müdafiəçisini yayda heyətinə qatmağa çalışacaq. 19 yaşlı futbolçu ilə "Real" və "Liverpul" da maraqlanır.
Qeyd edək ki, Yorrel Hato "Ayaks"ın yetirməsidir. Niderland millisinin üzvü olan gənc oyunçu bu mövsüm Amsterdam təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi