"Real"ın futbolçusu Eduardo Kamavinqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Siti" fransalı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Real" Kamavinqanı satmağın əleyhinə deyil. Madrid klubu 22 yaşlı orta xətt oyunçusu üçün 70 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin avqust ayında "Renn"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi