Rafinya 1-ci, Mbappe 2-ci sırada - "Qızıl top" favoritləri

22:55 - 17 Mart 2025

Dünyaca məşhur "Goal.com" portalı 2025-ci ildə "Qızıl top"u qazanmağa əsas namizədlərin reytinqini dərc edib.

Sportal.az xəbər verir ki, "Goa"-ın versiyasına görə, "Qızıl top"un əsas favoriti "Barselona"nın vingeri Rafinyadır. 28 yaşlı braziliyalı bu mövsüm bütün turnirlərdə 42 matça çıxıb, 27 qol vurub və 21 məhsuldar ötürmə edib.

 "Qızıl top" favoritləri:
1. Rafinya ("Barselona")
2. Kilian Mbappe ("Real")
3. Lamin Yamal ("Barselona")
4. Harri Keyn ("Bavariya")
5. Usman Dembele ("PSJ")
6. Məhəmməd Salah ("Liverpul")
7.Pedri ("Barselona")
8. Robert Levandovski ("Barselona")
9. Vinisus Junior ("Real")
10. Cud Bellinqem ("Real")

Xəbər xətti