“Səbail”in baş məşqçisi vəzifəsi həvalə olunmuş Elvin Məmmədov klubun mətbuat xidmətinə açıqlama verib.
Sportal.az xəbər verir ki, 36 yaşlı mütəxəssis komandanı çətin durumdan çıxaracağına inandığını bildirib:
“Göstərilən etimada görə təşəkkür edirəm. Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm. Amma inamım böyükdür, bu komanda ilə, mübariz kollektivimiz və futbolçularımızla çox şeyi bacaracağımıza inanıram. Reallıq budur ki, bəli, sonuncu pillədəyik, xal fərqimiz də az deyil. Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq və inanıram ki, buna nail ola biləcəyik. Qarşıdakı 9 oyunun hamısı bizim üçün finala bərabər olacaq. Ümidliyik, bacaracağımıza inanırıq, zamanla nəticələr qazanıb bu durumdan çıxacağıq”.
saytlarin hazirlanmasi