"Vulverhempton"un müdafiəçisi Joao Qomes İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" braziliyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Liverpul" Qomesi yayda transfer etməyi planlaşdırır. Mersisayd klubu 24 yaşlı mərkəz müdafiəçisi üçün 50 milyon funt-sterlinq təklif edəcək.
Qeyd edək ki, "Vulverhempton" Joao Qomesi 2023-cü ilin yanvar ayında "Flamenqo"dan transfer edib. Braziliya millisinin üzvü bu mövsüm "qurdlar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi