"Barselona"nın təxirə salınmış oyununun vaxtı açıqlandı

18:37 - 17 Mart 2025

İspaniya La Liqasında 27-ci turdan təxirə salınmış "Barselona" - "Osasuna" matçının vaxtı müəyyənləşib.

Sportal.az xəbər verir ki, qarşılaşma martın 27-də keçiriləcək. Bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, "Barselona" - "Osasuna" görüşü 8 mart tarixində baş tutmalı idi. Ev sahibi komandanın həkimi Karles Minyaro Qarsiya qəfil vəfat etdiyi üçün oyun təxirə salınmışdı.

Xəbər xətti