"Səbail" baş məşqçi postu ilə bağlı qərar verdi

11:46 - 17 Mart 2025

“Səbail” Cavid Hüseynovu istefaya göndərdikdən sonra baş məşqçi postu ilə bağlı qərar qəbul edib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda mövsümün sonuna qədər Elvin Məmmədova həvalə olunub.

Xatırladaq ki, Misli Premyer Liqasında 27 turdan sonra “Səbail” 18 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti