“Betis”in yarımmüdafiəçisi İsko karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, ispan futbolçuya “Aston Villa” maraq göstərir.
Birmingem təmsilçisi yayda İskonu heyətinə qatmağa çalışacaq. Bunun üçün isə “Betis”ə müəyyən təzminat ödəmək lazım gələcək.
Məsələ burasındadır ki, İskonun “Betis”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 32 yaşlı futbolçu “Malaqa”, “Real”(Madrid), “Sevilya” komandalarında oynayıb.
saytlarin hazirlanmasi