Messi Argentina millisinə kömək edə bilməyəcək

20:30 - 17 Mart 2025

Argentina milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Lionel Messi son dünya çempionlarının heyətindən kənarlaşdırılıb. "İnter Mayami"nin hücumçusu əzələ zədəsinə görə yığmanın düşərgəsini tərk edib.

Argentina millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Uruqvayla, evdə isə Braziliya ilə üz-üzə gələcək.

Lionel Skaloninin rəhbərlik etdiyi kollektiv seçmə mərhələdə 12 turdan sonra 25 xal toplayıb və turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Xəbər xətti